Hüquqi şəxsin ləğvi qaydası dəyişir


Digərləri 02 Apr 2020 11:12:00 143 0

Hüquqi şəxsin ləğvi qaydası dəyişir

Hüquqi şəxsin ləğvi qaydası dəyişir.

Son.az APA-ya istinadən bildirir ki, bu, Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ləğvetmə komissiyası dövlət büdcəsinə işsizlikdən sığorta haqları  üzrə borcların olub-olmamasını da müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edəcək.

Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi də dəyişir. Layihə qəbul ediləcəyi təqdirdə üçüncü növbədə işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə də həyata keçiriləcək.