İsrailin Səhiyyə naziri koronavirusa yoluxub


Dünya 02 Apr 2020 09:17:00 103 0

İsrailin Səhiyyə naziri koronavirusa yoluxub

İsrailin Səhiyyə naziri Yaakov Litsman yeni növ koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Kan" raidostansiyası Nazirlik Aparatının açıqlamalarına istinadən bildirib.

Məlumata əsasən, Y.Litsmanın həyat yoldaşına da koronavirus diaqnozu qoyulub. Qeyd edilib ki, nazir həkimlərin tövsiyələrinə uyğun olaraq işlərini evdən davam etdirəcək.

Qeyd edək ki, İsraildə aşkar olunan koronavirus yoluxma hadisələrinin sayı sutka ərzində 710 nəfər artaraq 6092 nəfər təşkil edib, ölənlərin sayı 25 nəfərə çatıb.