Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib


Digərləri 02 Apr 2020 08:11:00 138 0

Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti - "Huawei Technologies" və "Tencent Holdings" mobil əyləncə sənayesinin ən aktual sahələrindən olan "bulud" oyunlarında səyləri birləşdirib.

Son.az ictnews.az-a istinadən bildirir ki, əməkdaşlıq çərçivəsində şirkətlər tərəfindən "bulud" oyunlar, süni intellekt, virtual və əlavə reallıq (VR/AR) kimi mütərəqqi texnologiyaların oyun sənayesinə tətbiqində ixtisaslaşacaq oyunların hazırlanması üzrə birgə laboratoriya yaradılacaq.

Əsas layihələrdən biri yüksəkkeyfiyyətli və ucuz "bulud" oyun həllinin yaradılması üçün "Huawei" şirkətinin "Kunpeng" prosessorunun hesablama gücündən "Tencent GameMatrix" "bulud" oyun platformasında istifadə olacaq.

Bundan başqa, laboratoriya yeni oyun platformalarının yaradılması üçün birgə yeni çip funksiyaları və sazlama alətləri hazırlayacaq, eləcə də süni intellekt, virtual və əlavə reallıq texnologiyalarını tətbiq edəcək.