Rusiyada koronavirslu xəstələrlə təmasda olan insanları


Dünya 02 Apr 2020 08:08:00 93 0

Rusiyada koronavirslu xəstələrlə təmasda olan insanları

Rusiya Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi tərəfindən insanların koronavirus xəstələri ilə təmaslarını izləyərək aşkar edən sistemin hazırlandığı bildirilir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu sistemin hazırlanmasına Rusiyanın Baş naziri Mixail Mişustin təşəbbüs göstərib.

Sistem vətəndaşlara koronavirusa yoluxan xəstələrlə əlaqə qurduqları və buna görə də özünütəcrid etməsi barədə məlumat verir. Bu cür təmaslar haqqında məlumatların sonra regional əməliyyat qərargahına göndəriləcəyi bildirilir.

Nazirliyin mətbuat xidməti bununla bağlı heç bir açıqlama verməyib.