“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq


Digərləri 02 Apr 2020 07:41:00 117 0

“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın "Dyson" texniki şirkəti yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizəyə kömək məqsədilə 10 gün ərzində ağciyərin süni ventilyasiyası üçün aparatı layihələndirərək yaxın vaxtlarda onun istehsalına başlayacaq.

Son.az ictnews.az-a istinadən bildirir ki, ağciyərin süni ventilyasiyası üçün aparata xəstəliyi ağır formada keçirən koronavirus pasiyentləri ehtiyac duyur. Məhz bu aparatların çatışmazlığı həkimlər üçün əsas problemlərdən birinə çevrilib.

Məlumata görə, müxtəlif ölkələrin hökumətləri təcili olaraq ağciyərin süni ventilyasiyası üçün aparatlar alır, bir sıra şirkətlər isə onların istehsalına başlamağı planlaşdırır. Məsələn, belə plan barədə bu yaxınlarda "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask məlumat verib. O, Çindən 1250 ağciyərin süni ventilyasiyası üçün aparat alaraq Los-Anceles hakimiyyətinə təhvil verib. "Ford" və "General Motors" şirkətləri də ABŞ-da belə aparatların buraxılışına başlamağa hazırlaşır.

Bildirilir ki, "Dyson" tərəfindən hazırlanan aparat "CoVent" adlanır. O, müasir texnologiyalardan istifadə edilməklə yaradılıb və hazırda şirkət qurğunun Britaniya hakimiyyəti tərəfindən sertifikatlaşdırılacağını gözləyir, lakin artıq hökumətdən 10 min aparat üçün sifariş alıb.