Günün qoroskopu: adətən ünsiyyətdən qaçan adamlar da bu gün dost məclisi axtaracaqlar


Digərləri 02 Apr 2020 00:01:00 112 0

Günün qoroskopu: adətən ünsiyyətdən qaçan adamlar da bu gün dost məclisi axtaracaqlar

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - qeyri-standart həllərdən başı çıxan adamlar sizi dəstəkləyəcəklər. Əcnəbilərlə, yaxud uzaqlardan gələn həmvətənlərlə uğurlu sövdələşmələriniz mümkündür.

Buğa - sizin üçün çox vacib olan bir işə diqqətinizi cəmləyə bilmirsiniz. Xoşbəxtlikdən, təcrübəli insanların məsləhətinə qulaq asır və bu səbəbdən də böyük səhvlərdən can qurtara bilirsiniz.

Əkizlər - bu qədər  də söhbət, danışıq olar? Nədənsə hamının sizinlə söhbət etməyi tutub: ətrafınızdakılar sizə çoxsaylı suallar verir və həmən onları cavablandırmanızı istəyirlər. Siz də sakitcə onlara qulaq asaraq başqalarının problemləri ilə bağlı məsləhətlər verir, amma başa düşürsünüz ki, onsuz da onlara şeç kim əməl etməyəcək.

Xərçəng - xoş, maraqlı və hadisələrlə dolu gündür. Bütün işlərin öhdəsindən tez gəlirsiniz. Yeni  bir probleminiz ortaya çıxmır, odur ki, narahat olmağa da əsas yoxdur. İstedadlarınız, xüsusilə də əvvəllər heç kimin sezmədiyi bacarıqlarınız üzə çıxır. Yeni nə isə öyrənmək istəyirsiniz? Bu gün əsl vaxtıdır.

Şir - günün ikinci yarısı qarşı cinsdən olan insanlarla ünsiyyət üçün əlverişlidir. Siz qədərində təşəbbüskarlıq edirsiniz, kimsənin sizin qırsaqqız olduğunuza, öz fikrinizi yeritməyinizə dair narazılığı olmayacaq.

Qız - görüşlər üçün əla gündür. Çox məlahətli və cazibədarsınız. Hər kəs sizinlə ünsiyyətdən məmnun qalacaq. Yeni tanışlıqları asanlıqla qurursunuz. Əgər şəxsi həyatınızda dəyişiklik istəyirsinizsə, bu günü evdə keçirməyin.  

Tərəzi - günün birinci yarısı bir çox sınaqlardan keçməli olacaqsınız. Bədxahlarınızla mübarizə aparacaq, intriqaları ifşa edəcək və bir çox dolaşıq situasiyalardan çıxış yolu axtaracaqsınız. Bu isə həm əhvalınıza, həm səhhətinizə təsir edəcək. Günün ikinci yarısında özünüzü daha rahat hiss edəcəksiniz. Pulla bağlı məsələlərdə bəxtiniz gətirə bilər. Bahalı əşyalar ala bilərsiniz.