Türkiyədə koronavirusdan ölənlərin sayı 277-yə çatdı


Dünya 01 Apr 2020 20:57:01 121 0

Türkiyədə koronavirusdan ölənlərin sayı 277-yə çatdı

Türkiyədə daha 63 nəfər koronavirusun qurbanı oldu

Türkiyədə son bir gündə2 148koronavirusayoluxma faktı qeydə alınıb.

"Report" xəbər verir ki, bunuölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

O qeyd edib ki, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 15 679 nəfərə çatıb, ölənlərin sayı isə 63 nəfər artaraq277 nəfərə yüksəlib.

Nazir deyib ki, hazırda pasiyentlərdən 979-nun vəziyyəti ağır, 692 nəfərin vəziyyəti isə orta-ağırdır.

F.Koca həmçinin indiyədək 333 nəfərin sağaldığını da vurğulayıb.

O deyib ki, ən çox yoluxma hadisəsi İstanbulda qeydə alınıb - 8 852.

"Ölkənin bütün şəhərlərindəkoronavirusa yoluxma qeydə alınıb.Toplam 39 şəhərdə koronavirusdan ölüm baş verib.Hazırda reanimasiyada olanların 75%-i yaşı 60 və daha çox olan insanlardır.Reanimasiyada olanların 63%-də təzyiq xəstəliyi var", - deyə nazir əlavə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 903 800-ü ötüb. Bunların 190 684 nəfəri sağalıb, 45 335 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.