Bu ölkədə də 65 yaşdan yuxarı şəxslərə evdən çıxmaq qadağan edildi


Dünya 01 Apr 2020 20:50:00 160 0

Bu ölkədə də 65 yaşdan yuxarı şəxslərə evdən çıxmaq qadağan edildi

Özbəkistanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan edilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə koronavirusla mübarizə ilə bağlı hökumətin qəbul olunmuş qərarında deyilir. Bildirilir ki, qadağa bu gündən qüvvəyə minir.

Qeyd edək ki, Özbəkistanda koronavirusdan 2 nəfər ölüb, 173 nəfər isə virusa yoluxub.