12 yaşlı qız koronavirusdan öldü


Dünya 01 Apr 2020 19:16:00 137 0

12 yaşlı qız koronavirusdan öldü

Belçikada koronavirusdan 12 yaşlı qız vəfat edib.

Son.az medicina.az-a istinadən bildirir ki, Belçika Tibb Administrasiyasının rəsmi nümayəndəsi Andre Emmanuel bunun çox nadir hadisə olduğunu qeyd edib:

"Söhbət uşaqdan getdiyi üçün bu, emosional cəhətdən ağır məqamdır. Bu fakt həm də tibb və elm ictimaiyyətini narahatlığa saldı".