“Biz gəlirik, siz evdə qalın” İrşad Electronicsdən tənha yaşlılara dəstək


Digərləri 01 Apr 2020 17:15:00 132 0

“Biz gəlirik, siz evdə qalın”  İrşad Electronicsdən tənha yaşlılara dəstək

"Bizim əlimizdən tutdunuz, yeriməyi, yüyürməyi öyrətdiniz, həyatı öyrətdiniz, insanlığı öyrətdiniz. İndi bizim sizin əlinizdən tutmağımızın vaxtıdır. İndi insanlıq vaxtıdır", - İrşad Electronics pandemiya dövründə yaşlıların qorunması üçün sosial kampaniyaya bu düşüncə ilə yola çıxdığını bəyan edib.

Sosial kampaniya 300 nəfər yaşlı tənha insanın gündəlik ehtiyaclarını qarşılamağa yönəlib.

Kampaniyanın əhatə edəcəyi insanlar Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) ilə birgə müəyyənləşdiriləcək.

"Cəmiyyətimizdə yaşca böyük insanlara hər zaman böyük hörmət və qayğı olub. Təbii ki, bu mədəniyyəti də bizə yaşca böyüklərimiz aşılayıb. Üzərimizdə çəkdikləri əziyyəti heç nə ilə ödəyə bilməsək də, sevildiklərini hiss etdirmək üçün hər birimiz səmimi qəlbdən bu aksiyaya qoşulmalıyıq" - şirkət sosial şəbəkədə kampaniya barədə anonsunda qeyd edib.