Bakıda "Priora" aşdı:


Digərləri 01 Apr 2020 16:49:00 98 0

Bakıda "Priora" aşdı:

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş  verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, martın 31-də saat 17.00 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi "Lada Priora" markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.