İndoneziyada da fövqəladə vəziyyət elan edildi


Dünya 01 Apr 2020 15:10:00 152 0

İndoneziyada da fövqəladə vəziyyət elan edildi

İndoneziya prezidenti Coko Vidodo yeni koronovirus təhlükəsi ilə əlaqədar ölkədə səhiyyə sahəsində fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "The Jakarta Post" qəzeti məlumat yayıb.

Prezidentin sözlərini sitat gətirən qəzet yazır: "Biz səhiyyə sahəsində mühüm qadağaların tətbiqi barədə qərar qəbul etdik. Prezidentin ölkədə fövqəladə vəziyyət elan olunması barədə Fərmanı qəbul olundu".

C.Vidodo bəyan edib ki, ölkədə tətbiq ediləcək məhdudiyyət tədbirlərinə milli polis nəzarət edəcək. Bununla yanaşı, o, polisin səlahiyyətinə daxil olunan konkret məsələləri də elan edib.

İndoneziyanın hakimiyyət orqanları tərəfindən yeni koronovirusun yayılmasının qarşısını almaq məqsədilə ilk olaraq əcnəbilərin ölkəyə girişinə və çıxışına qadağa qoyulmuşdu.