Avropanın üç ölkəsi İrana tibbi ləvazimat göndərdi


Dünya 01 Apr 2020 14:47:09 135 0

Avropanın üç ölkəsi İrana tibbi ləvazimat göndərdi

Koronavirus pandemyasınadək qərb dövlətləri ABŞ-la münasibətləri korlamamaq üçün bəhs etdiyimiz dəstək mexanizmindən yararlanmamışdı

Almaniya, Böyük Britaniya və Fransa koronavirusa qarşı mübarizə aparaq məqsədilə İrana tibbi ləvazimat göndərib.

“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, bu, ticarət mübadiləsinə dəstək mexanizmi (INSTEX) yarandıqdan sonra ilk hadisədir.

INSTEX Avropa İttifaqına üzv dövlətlər tərəfindən 2019-cu ildə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan yan ötmək və 2015-ci ildə İranla “altılıq” arasında əldə edilən Əhatəli Razılaşama Müqaviləsini xilas etmək məqsədilə yaradılıb.

Almaniyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bildirib: “Avadanlıq artıq İrandadır. Biz yeni tədarüklər hazırlayır, dəstək mexanizminin genişləndirilməsi istiqamətində işləyirik”.

Qeyd edək ki, tibbi ləvazimatlarıntədarükü ABŞ prezidenti Donald Tramp administrasiyasının İrana qarşı tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə qarşı olmasa da, İslam Respublikası ilə əməkdaşlıq edən qərb şirkətlərinə qarşı sankiya təhlükəsi qalır. Koronavirus pandemyasınadək qərb dövlətləri ABŞ-la münasibətləri korlamamaq üçün bəhs etdiyimiz dəstək mexanizmindən yararlanmamışdı.

Xatırladaq ki, ABŞ İrana qarşı sanksiyaların müddətinin uzadılmasını üç aylığına təxirə salıb.