BMTnin baş katibindən təklif: "Dünya iqtisadiyyatının 10 faizi həcmində pul çap edilsin"


Dünya 01 Apr 2020 14:14:57 115 0

BMTnin baş katibindən təklif: "Dünya iqtisadiyyatının 10 faizi həcmində pul çap edilsin"

BMT-nin baş katibi Antoniu Quterreş koronavirusla mübarizədə və pandemiyanın iqtisadi fəsadlarının aradan qaldırılması üçün inkişaf etməkdə olan ölkələrə kömək məqsədilə dünya iqtisadiyyatının 10 faizi həcmində pul çap etməyi təklif edib.

Son.az Trend-ə istinadən bildirir ki, baş katib bunu videokonfrans zamanı çıxış edərkən deyib.

A.Quterreş nümunə kimi ABŞ-ın ötən həftə təqdim etdiyi 2 trilyon dollarlıq yardım paketini göstərib: "Hesab edirəm ki, bu cür addımı qlobal səviyyədə də atmaq lazımdır".

Qeyd edək ki, bu günədək 862 minədək şəxs koronavirusa yoluxub, 42 510 nəfər vəfat edib, 180 minə yaxın xəstə sağalıb.