Fransa da koronavirusdan ölənlərin sayına görə Çini keçdi


Dünya 01 Apr 2020 13:21:00 75 0

Fransa da koronavirusdan ölənlərin sayına görə Çini keçdi

Fransada koronavirusdan ölənlərin sayı artıb.

Son.az worldometers-ə istinadla xəbər verir ki, Fransa koronavirusdan ölənlərin sayına görə Çini üstələyib.

Bu günədək Fransda 3,523 nəfər koronavirusdan ölüb. Çində bu xəstəlikdən ölənlərin sayı 3,312 nəfərdir.

Hazırda dünya üzrə ümumi 861,261 insan koronavirusa yoluxub. 42387 nəfərin həyatını xilas etmək mümkün olmayıb. 178560 nəfər koronavirusa qalib gəlib.