Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb


Digərləri 01 Apr 2020 13:25:00 97 0

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

2020-ci ilin fevralında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 164,685 milyon dollar təşkil edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 25,991 milyon dollar çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin fevralında Türkiyədən Azərbaycana ixrac 127,886 milyon dollar, Azərbaycandan idxal isə 36,799 milyon dollara bərabər olub.

Statistikaya əsasən, bu ilin yanvar-fevral aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 58,766 milyon dollar artaraq 315,019 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 244,86 milyon dollar, Azərbaycandan idxal isə 70,159 milyon dollara bərabər olub.