Onlayn dərslərin keçirilməsi ilə bağlı müəllimlərə heç bir xüsusi tapşırıq verilməyib


Digərləri 01 Apr 2020 13:03:00 143 0

Onlayn dərslərin keçirilməsi ilə bağlı müəllimlərə heç bir xüsusi tapşırıq verilməyib

Təhsil Nazirliyi şagirdlər üçün onlayn dərslərin keçirilməsi ilə bağlı müəllimlərə heç bir xüsusi tapşırıq verməyib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu gün bəzi müəllimlər öz evində müəyyən proqramlardan istifadə edərək şagirdləri üçün onlayn dərslər keçir:

"Amma bununla bağlı tapşırıq verilməyib. Onlayn dərs keçmək müəllimlərin özünün şəxsi təşəbbüsüdür".