Subaru Yaponiyada zavodlarının işini dayandıracaq


Dünya 01 Apr 2020 08:54:00 98 0

Subaru Yaponiyada zavodlarının işini dayandıracaq

Yaponiyanın avtomobil istehsalçısı Subaru yeni növ koronavirusun yayılması təhlükəsi ilə əlaqədar ölkənin bütün müəssisələrində istehsalı dayandırdığını elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə yapon milli televiziyası xəbər yayıb.

Bildirilir ki, zavodlarda işlər aprelin 11-dən mayın 1-nə qədər dayandırılacaq.

Daha əvvəl Nissan avtokonserni martın 31-dən Yaponiyanın qərbindəki Fukuoka prefekturundakı zavodunda istehsal xəttini müvəqqəti olaraq saxlamaq qərarına gəlib.