Cənubi Koreyada COVİD19 virusuna 101 yeni yoluxma halı qeydə alınıb


Dünya 01 Apr 2020 08:59:00 154 0

Cənubi Koreyada COVİD19 virusuna 101 yeni yoluxma halı qeydə alınıb

Cənubi Koreyada son sutka ərzində COVİD-19 virusuna 101 nəfər yoluxub, 3 nəfər dünyasını dəyişib, 159 nəfər isə sağalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Koreyanın Xəstəliklərə Nəzarət və qarşısının alınması mərkəzlərindən (KCDC) xəbər verilib.

Beləliklə, ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 9 887, ölənlərin sayı 165, sağalananların sayı isə 5 567 nəfər təşkil edib. Bu gündən başlayaraq ölkəyə yeni gələnlərin hamısı iki həftəlik karantinə yerləşdirilir, təcrid vəziyyətində olanlar isə hakimiyyət orqanlarının real vaxt rejimində onlara nəzarət etməyə imkan verən mobil tətbiqi mobil telefonlarına yükləməlidirlər.