Məşhur şirkət tibbi maskalar buraxacaq


Digərləri 01 Apr 2020 08:16:00 154 0

Məşhur şirkət tibbi maskalar buraxacaq

İtaliyanın idman avtomobilləri istehsalçısı şirkəti "Automobili Lamborghini" Sant-Aqatadaki zavodunun emalatxanalarının bir hissəsində tibbi maskalar buraxılacağını bəyan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin saytında xəbər verilib.

Tibbi qorunma vasitələri Bolonyadakı Sant Orsola-Malpigi xəstəxanası üçün emal ediləcək.

"Hər gün pandemiya ilə ön cərgələrdə döyüşdə olanlarla ittifaqda işləyərək və dəstəkləyərək bu müharibəyə qalib gələcəyik", - şirkətin baş direktoru Stefano Domenikale deyib.