Füzuli bu qəzəli hansı məqsədlə yazıb?


Digərləri 31 Mar 2020 23:55:00 80 0

Füzuli bu qəzəli hansı məqsədlə yazıb?

Füzulinin qəzəli bu misra ilə başlayır: "Könül, səccadəyə basma ayaq, təsbihə əl vurma". Məlumdur ki, adi mənada səccadə və təsbeh dini atributlardan sayılır, onları inkar etmək bir mənada namazı inkar etməyə bərabər tutulur. Lakin dediyimiz kimi, kəlmələrin təsəvvüfdəki terminoloji mənaları onların adi mənalarından fərqlənə bilər. Bəzən seyri-süluk yolunun üç mərhələsini, yəni şəriət, təriqət və həqiqət mərhələlərini "səccadə" adlandırırlar. Eləcə də, bu mərhələlərin hər üçündə sabitqədəm məqam sahibi olan şəxsə "səccadə" deyirlər. Lakin bu sözün mənaları bununla bitmir. "İrfani söz, termin və ifadələrin lüğəti"ndə "səccadə" bölməsində yuxarıdakılardan əlavə, həm də bu mənaya rast gəlirik: "Həmçinin, batindəki səddə (maneəyə) də səccadə deyirlər, yəni ürəyin istəkləri (ürəyin bağlandıqları)". Göründüyü kimi, "səccadə" sözünün bir mənası da arifin qəlbi ilə haqq arasında olan maneələr, onu haqdan ayrı salan, özünə bağlayan səbəblərdir. Arifi Allahdan savayı məşğul edən hər şey səccadə adlana bilər. Bu da öz növbəsində arifin qorxmalı və çəkinməli olduğu məsələdir. Ona görə Füzuli öz qəlbinə müraciət edərək, onu səccadəyə ayaq basmamağa, yəni bütün dünya bağlılıqlarından xilas olmağa çağırırdı. Ona görə məşhur arif Əttar Nişaburi qəzəllərinin birində yazırdı:

Çün nist hiç mərdi dər eşq yar ma-ra,

Səccade zahedan-ra, dərdo qomar ma-ra.

(Heç kim eşqdə bizə yar olmaz,

Səccadə zahidin olsun, dərd çəkmək və qumar bizim olsun).

Qeyd edək ki, buradakı "qumar" anlayışı da sözün həqiqi mənasını əks etdirmir. Qumar - sevgilinin (yəni Allahın) yolunda özünü qurban verməyə deyilir.

Füzulinin qəzəlinin ilk beytində rast gəldiyimiz növbəti ifadə təsbehdir. Şair öz könlünə təsbehə əl vurmamağı tapşırır. Bəs ariflərin nəzərində təsbeh nədir? Təsbeh - riyakar zahidlərin əlində insanları aldatmaq üçün bir vasitədir. İrfanda əql (ağıl) ilə eşq bir-birinə əks qüvvələr kimi təqdim edilir. Ariflərin fikrincə, eşq istedadına sahib olmayanlar heç zaman Haqqı lazımınca dərk edə bilməzlər. Quru ibadət və ağıl qüvvəsi burada acizdir. Yalnız eşq və vəcd haqq yolunun yolçusunu irəli apara bilər. Eşqdən məhrum olan abid və zahidlər isə ya cənnət təmənnası ilə, ya da cəhənnəm qorxusundan ibadət edirlər. Onların ibadəti faydasızdır, hətta ziyanlıdır. Onlar başqalarını da özlərinə tərəf çəkir, bəsirətsiz quru təqlidə öyrədirlər. (Bir daha təkrar edirik ki, bunlar ariflərin nəzəridir).

Son.az islam.az-a istinadən bildirir ki, zahid, yəni eşq istedadından məhrum olan, hər hansı məqsədlə ibadət edən şəxs əlindəki təsbehdən tələ kimi istifadə edir. Quş tutmaq üçün tələnin içinə dən tökür, tələyə də ip bağlayırlar. Quş tələnin altına girib dəni yeyəndə ipi dartırlar, tələ bağlanır və quş onun içində qalır. Ariflərin fikrincə, zahidin əlindəki təsbeh də bu cürdür. Ona görə əsil arif bu cür riya vasitələrindən uzaq olmalıdır. Onun təsbihi (zikri, duası) hər hansı kənar vasitə ilə deyil, bütün vücudu ilə olmalıdır. Əsil təsbihi (zikri) saymaq, təsbehlə ölçmək lazım deyil, arif zikrdə qərq olmalıdır. Onun yalnız dili deyil, bütün əzaları və hətta qəlbi də təsbeh oxumalıdır.

Qeyd edək ki, Nəsimi də quru zöhdü tənqid edərək, təsbihi tənqid atəşinə tuturdu:

Aşiqi-sadiq duzağın quşu, ey zahid, degil!

Danə düzmə təsbihi, səccadəni dam eyləmə!

*

Təsbih ilə səccadə çün zərq əhlinin ərkanidir,

Aşiqlərə zülfün yetər dəvət qıla zünnarinə.

Hədislərdə vəhdətə çağırış like
  • 31 Mar 23:50  
Digərləri Hədislərdə vəhdətə çağırış

Həzrət Məhəmməd Peyğəmbər (s) Məkkədən Mədinəyə köçdükdən sonr

arrow Ətraflı
Şeytan üçün tövbə qapısı açıqdırmı? like
  • 31 Mar 23:45  
Digərləri Şeytan üçün tövbə qapısı açıqdırmı?

Qurani-Kərimin və hədislərimizin buyurduğuna görə, şeytan (lən) üçün

arrow Ətraflı
Niderlandın 101 yaşlı sakini koronavirusdan sağaldı like
  • 31 Mar 23:43  
Dünya Niderlandın 101 yaşlı sakini koronavirusdan sağaldı

Niderlandda 101 yaşlı qadının koronavirusdan müalicəsi effektiv nəticə v

arrow Ətraflı
Zəmzəm quyusunun tarixi nə zamana gedib çıxır? like
  • 31 Mar 23:40  
Digərləri Zəmzəm quyusunun tarixi nə zamana gedib çıxır?

Hal-hazırda müqəddəs Kəbə evinin yaxınlığında yerləşən Zəmzəm quy

arrow Ətraflı
Cenevrədə BMTnin doqquz əməkdaşı koronavirusa yoluxub like
  • 31 Mar 23:34  
Dünya Cenevrədə BMTnin doqquz əməkdaşı koronavirusa yoluxub

Cenevrədə BMT-nin doqquz əməkdaşında COVİD-19 virusunun aşkarlanması t

arrow Ətraflı
Burundidə koronavirusa ilk yoluxma halları qeydə alınıb like
  • 31 Mar 23:33  
Dünya Burundidə koronavirusa ilk yoluxma halları qeydə alınıb

Burundidə COVİD-19 virusuna ilk iki yoluxma halı aşkarlanıb.

arrow Ətraflı
Muhəmməd peyğəmbərin (s) siması Bibliyada like
  • 31 Mar 23:30  
Digərləri Muhəmməd peyğəmbərin (s) siması Bibliyada

"Məryəmin oğlu İsa dedi: "Ey Bəni-İsrail, mən Allahın sizə g

arrow Ətraflı
Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı like
  • 31 Mar 23:25  
Sosial Mətbuat Şurası və DİN jurnalistlərlə bağlı monitorinq qrupu yaratdı

Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Daxili İşlər

arrow Ətraflı
Doğrudanmı A vitamini qadının görünüşünə təsir edir? like
  • 31 Mar 23:25  
Digərləri Doğrudanmı A vitamini qadının görünüşünə təsir edir?

A vitamini yaxşı görmə, sağlam immun sistemi və hüceyrə böyüməsinin a

arrow Ətraflı
Həzrət Peyğəmbərin İmam Hüseynə məhəbbəti like
  • 31 Mar 23:15  
Digərləri Həzrət Peyğəmbərin İmam Hüseynə məhəbbəti

Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) həmişə xüsusi diqqət göstə

arrow Ətraflı
Şəban ayının xeyir şöbələri hansıdır? like
  • 31 Mar 23:10  
Digərləri Şəban ayının xeyir şöbələri hansıdır?

Ayətullah Məkarim Şirazi mübarək Şəban ayının fəzilətləri barəsind

arrow Ətraflı
Türkiyə səfiri: “Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha çox yük hazırlanır” like
  • 31 Mar 23:05  
Dünya Türkiyə səfiri: “Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha çox yük hazırlanır”

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan yerli Birinci kanala m

arrow Ətraflı
“Uşağın hərarəti qalxanda, təcili yardim çağırın, sahə həkimi yox” like
  • 31 Mar 23:05  
Digərləri “Uşağın hərarəti qalxanda, təcili yardim çağırın, sahə həkimi yox”

Koronavirus səbəbi ilə insanlar istənilən qızdırmadan təşvişə düşə

arrow Ətraflı