“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib


Digərləri 31 Mar 2020 21:15:00 142 0

“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

"Xiaomi"nin törəmə brendi olan "Redmi" yeni smartfonlarını təqdim edib. "K30 Pro" seriyasına məxsus aparatlar "Qualcomm" prosessoru və 4 sensorlu kamera ilə təchiz ediliblər.

Son.az ictnews.az-a istinadən bildirir ki, seriyaya "Redmi K30 Pro" və "K30 Pro Zoom" smartfonları daxildir. Hər iki cihaz 1080x2040 piksel təsvir ölçülü 6,67 düymlük "Super AMOLED" displey, "Snapdragon 865" prosessoru, 8 QB-dək əməli yaddaş və 256 QB-dək daxili yaddaşla təchiz ediliblər. 20 meqapiksellik ön kamera açılıb yığılan modulda gizlədilib.

Hər iki qurğu 33 vattlıq sürətli enerjidoldurma texnologiyasına malik 4700 milliamper/saat tutumlu akkumulyator, ekranda gizlədilmiş daktiloskopik sensor, NFC, "Wi-Fi 6", USB Type-C portu ilə təchiz ediliblər. Aparatlar yalnız bəzi detalları ilə fərqlənir. Məsələn, "K30 Pro" aparatı 64, 5, 13 və 2 meqapiksel təsvir ölçülü sensora malik kamera, "K30 Pro Zoom" isə 64, 8, 13 və 2 meqapiksellik kameraya malikdir. Həmçinin "K30 Pro"da qulaqlıqlar üçün konnektor var.

Sözügedən aparatlar aprelin 4-də Çində satışa çıxarılacaq.