Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarış keçirilib VİDEO FOTO


Digərləri 31 Mar 2020 20:48:00 168 0

Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarış keçirilib  VİDEO  FOTO

Əlahiddə Ümumqoşun Orduda "Ən yaxşı kəşfiyyatçı-istehkamçı" və "Ən yaxşı kəşfiyyatçı-qumbaraatan" adı uğrunda yarış keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki,  hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışda şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.

Mühəndis hazırlığından kəşfiyyatçı-istehkamçılar minaların qurulması, mina sahələrinin aşkar olunması və keçidin açılması, minaaxtaranın işə salınması və istifadə qaydaları, ağac konstruksiyalı elementin hesabatının aparılaraq partladılması üsullarını praktiki yerinə yetiriblər.

Ən yaxşı kəşfiyyatçı-qumbaraatan adını qazanmaq üçün əsgərlər qumbaraatanlardan praktiki atışları icra ediblər.

Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.