İranda daha 141 nəfər koronavirusdan öldü


Dünya 31 Mar 2020 16:39:00 103 0

İranda daha 141 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində yeni koroanvirus (COVID 19) nəticəsində 141 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ümumilikdə indiyədək İranda virusdan ölənlərin sayı 2 898 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, ötən 24 saat ərzində İranda 3 111 nəfər koronavirusa yoluxub və ümumilikdə yoluxanların sayı 44 606 nəfərə yüksəlib.

Cahanpur hazırda İranda 3 703 nəfər virus daşıyıcısının vəziyyətinin ağır olduğunu qeyd edib. İndiyədək 14 656 nəfər virusdan sağalıb. Bu günədək İranda 65 milyondan çox şəxs yeni koronavirus testindən keçib.