Latviyada koronavirusa yoluxanların sayı 370i ötüb


Dünya 31 Mar 2020 14:04:00 95 0

Latviyada koronavirusa yoluxanların sayı 370i ötüb

Latviyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 29 nəfər artaraq 376-ya çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Latviyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 14 min 313 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində 502 nəfərdən 29-nun analizinin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.