Əvvəllər insanlar heyvanları gəzintiyə çıxarırdı,


Dünya 31 Mar 2020 13:32:00 114 0

Əvvəllər insanlar heyvanları gəzintiyə çıxarırdı,

Moskvada karantin dövrü ilə əlaqədar evdən çıxa bilməyənlər yeni qazanc yolu tapıblar. Belə ki, sahibləri itlərini gəzinti üçün kirayə verir. Bu yolla həm evindən çıxmaq istəyənin bəhanəsi olur, həm də ev heyvanları gəzir (üstəlik də, pul müqabilində). 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" nəşri "Avito", "Youdo", "İz ruk v ruki"dəki elanlara istinadla xəbər yayıb.

Reklam müəlliflərindən birinin sözlərinə görə, məsafədən asılı olmayaraq, iti müştəriyə çatdırmağa hazırdır. Digəri isə itini gəzməyə aparan şəxsdən yaşadıqları ünvana gəlməsini xahiş edir.

Ev heyvanının icarə haqqı saatda 800 rubldur (təqribən 20 AZN). Bundan əlavə, 3000 rubl (75 AZN) pul girov kimi verilməlidir.