ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb


Digərləri 31 Mar 2020 13:39:00 125 0

ÜST koronavirus infeksiyasından müdafiə üçün tövsiyələr hazırlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar tövsiyələr hazırlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu tövsiyələrlə ÜST-ün saytında, eləcə ölkəmizin səhiyyə qurumlarında tanış olmaq olar.

İnsanlar koronavirusa qarşı özünü və ətrafdakıların sağlamlığını qorumaq üçün aşağıdakı qaydalara əməl etməlidirlər:

Müntəzəm olaraq əllərinizin yuyun.

Əlləriniz müntəzəm olaraq spirt tərkibli məhlullara sterilizə edin və sabunla yuyun. Əgər əlin səthində virus varsa, spirt və ya sabun onu öldürəcək.

İctimai yerlərdə məsafəni saxlayın.

İnsanlardan azı 1-2 metr məsafədə dayanın. Öskürərkən və ya asqırarkən COVID-19 kimi infeksion xəstəliklıərə yoluxmuş şəxs öz ətrafında tərkibində virus olan xırda damcılar yayır. Əgər həmin adama çox yaxın dayansanız, onun nəfəs aldığı havadan belə yoluxa bilərsiniz.

Əllərinizlə mümkün qədər gözlərinizə, burnunuza və ağzınıza toxunmayın. Əllər virusun ola biləcəyi bir çox səthlərə toxunur. Həmin əllə gözünüz, burnunuza və ağzınza toxunmaqla virusu orqanizmə keçirə bilərsiniz.