Rusiyada pandemiya qurbanlarının sayı 17-yə çatdı


Dünya 31 Mar 2020 13:19:25 123 0

Rusiyada pandemiya qurbanlarının sayı 17-yə çatdı

Rusiyada koronavirus qurbanlarının sayı 2 dəfə artdı

Rusiyada son sutkada 8 nəfər koronavirusdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bildirilib ki, ölümlərin 5-i Moskvada qeydə alınıb və ümumilikdəölkədə virusdan ölənlərin sayı 17-yə çatıb.

Məlumatda həmçinin vurğulanıb ki, koronavirusa yoluxmuş55 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 788 000-ü ötüb. Bunların 166 424 nəfəri sağalıb, 37 877 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.