Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı


Dünya 31 Mar 2020 13:02:00 111 0

Rusiyada koronavirusu dəqiq müəyyən edən test hazırlandı

"Rospotrebnadzor"un ("İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidmət") alimləri koronavirusu dəqiq müəyyən edən test hazırlayıblar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, test artıq sınaqdan keçirilib və Rusiyada istifadə olunmaq üçün qeydiyyata alınıb.

Yeni test SARS-CoV-2-ni sürətlə aşkarlamaqla yanaşı, onu digər qohum viruslardan ayırmaq imkanı da yaradır.