Koronavirusun daha bir yeni əlaməti açıqlandı


Digərləri 31 Mar 2020 12:08:00 99 0

Koronavirusun daha bir yeni əlaməti açıqlandı

Amerikalı həkimlər bəzi pasientlərdə aşkarlanan konyunktivitin koronavirus əlaməti ola biləcəyi barədə xəbərdarlıq yayıblar.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Amerika Oftalmologiya Akademiyası açıqlama yayıb.

Çindən gələn məlumatlara görə, koronavirusa yoluxan hər 30 xəstədən birinə konyunktivit diaqnozu qoyulub.

Amerikalı həkimlər tərəfindən aparılan başqa bir araşdırmaya görə isə, Çində koronavirus xəstəsi 1099 nəfərdən 19-da konyunktivit aşkarlanıb.