"Bu virus adi xəstəlik deyil, çox təhlükəli və öldürücüdür, hər kəs bunu dərk etməlidir"


Digərləri 31 Mar 2020 11:32:00 116 0

"Bu virus adi xəstəlik deyil, çox təhlükəli və öldürücüdür, hər kəs bunu dərk etməlidir"

Azərbaycan xalqı koronavirusla bağlı tətbiq edilən qadağalara ciddi riayət etməlidir. Bu virus adi xəstəlik deyil, çox təhlükəli və öldürücüdür. Bunu hər kəs dərk etməlidir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti əhalinin bu virusa yoluxmasının qarşısını almaq üçün bütün imkanlarından istifadə edir: "Atılan addımlar, verilən qərarlar hamısı bir məqsədə yönəlib - insanları qorumaq, əhalinin təhlükəsizliyini təmin etmək, bu bəladan qurtarmaq. Bu qərarlara hər bir vətəndaş məsuliyyətlə əməl etməlidir. Nə qədər qadağa tətbiq olunursa, həmin qadağalar insanların sağlamlığı, virusdan qorunması üçündür. Biz özümüz öz sağlamlığımızı qorumalıyıq. Kim ki, bu qadağalara məhəl qoymur, demək, o şəxs bu dünyada yaşamaq istəmir. Bu virus adi xəstəlik deyil, çox təhlükəli və öldürücüdür. Bunu hər kəs dərk etməlidir".