ABŞ ordusunda koronavirusdan ilk ölüm qeydə alındı


Dünya 31 Mar 2020 10:59:26 113 0

ABŞ ordusunda koronavirusdan ilk ölüm qeydə alındı

Hərbçi martın 21-i xəstəxanaya yerləşdirmişdi

ABŞ-da koronavirusa yoluxmuş hərbçi dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Həmin hərbçiNyu-Cersidə Milli Qvardiyada xidmət edirmiş. O, martın 21-də xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, ABŞ koronavirus daşıyıcılarının rəsmi sayına görə dünya birincisidir – 164 266 nəfər. Ölkədə virus qurbanlarının sayı isə 3 170 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 785 500-ü ötüb. Bunların 165 665 nəfəri sağalıb, 37 831 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.