Nasistlərin mirası: nüvə proqramı, Volkswagen avtomobili və "Fanta"…


Digərləri 31 Mar 2020 08:35:00 115 0

Nasistlərin mirası: nüvə proqramı, Volkswagen avtomobili və "Fanta"…

Müharibə və nasistlər - beynimizdə qəzəb və nifrətə səbəb olan təriflərdir: uzun illər davam edən qanlı döyüşlər, milyonlarla ölü, çox sayda dağıdılmış kənd və şəhərlər. Nasistlər bir neçə il ərzində sülhü və azadlığı məhvə sürükləsələr də, müharibədə qalib gəlmək üçün bir sıra faydalı elmi və texnoloji yeniliklər ediblər. Bəzilərinin nəticələri hələ də elm adamları və mühəndislər tərəfindən istifadə olunur. Onlardan bəzilərindən hazırda biz özümüz də istifadə edirik

Son.az ted.az-a istinadən bildirir ki, ilk əvvəl hər kəsə məlum olan dörd kəşfdən danışaq:

• Qoruyucu jilet. İndi suda olan bir insanın həyatını xilas etmək üçün belə bir jilet lazımdır. Əvvəllər isə nasistlər jiletlərdən insanlar üzərində təcrübələr apararkən məhbusların başları düşməsin deyə dəstək kimi istifadə edirdilər - bununla alman alimləri dondurulmanın insan orqanizminə necə təsir etdiyini dəqiqləşdirirdilər.

• Volkswagen avtomobil seriyası. Hitler şəxsən şirkət rəhbərliyindən orta alman ailəsi üçün əlçatan avtomobil yaratmasını tələb etmişdi. Lakin ilk növbədə, hərbi vəziyyət istehsalın hərbi texnikanın xeyrinə olmasını tələb edirdi (müharibədən sonra bərpa edildi). İkincisi, satışlar başladıqdan bir neçə ay sonra bu avtomobillər hələ də varlı ailələr və ya hərbi rəhbərlik tərəfindən istifadə olunurdu.

• Metamfetamin. Bunu almanlar icad etməyib, lakin ilk dəfə kütləvi istifadəyə veriblər - maddə tankerlərin və pilotların yeməyinə qatılırdı. Metamfetamin (əvvəl - pervitin) stimullaşdırıcı vasitə kimi istifadə edilirdi.

• Fanta. Müasir portağal dadlı içki (məsələ budur ki, bu qazlı suyun istehsalı zamanı içinə sitrus meyvələrinin şirəsi əlavə edilirdi - portağal ən parlaq dada sahibdi). İkinci Dünya Müharibəsi illərində Cola-nı Almaniyaya gətirmək və ya dadlı qazlı içki almaq üçün fürsət yox idi. Buna görə də, o zaman "Fanta" alma cecəsi və südlü zərdabdan hazırlanırdı.

Nasistlər insanları şikəst edir və ya öldürdülər - bununla da tibb dünyasını dəyişməyi bacardılar

Bir vaxtlar nasist elm adamları sonrakı araşdırmaları üçün platforma rolunu oynayan bir çox vacib kəşflər ediblər. Problem ondadır ki, bu kəşflərin bir çoxu zorakılıq nəticəsində mümkün olub - bunlara görə çox sayda insan tələf olub.

Məsələn, indi sulfonilamidlər (antibakterial maddələr) kəsilmiş yaralarda istifadə olunur - İkinci Dünya Müharibəsi zamanı nasist həkimlər buna görə məhbusları tez-tez kəsir, yaranı palçıqla çirkləndirir və daha sonra dərmanları yaralar üzərində sınayırdılar.

O hadisələrin tarixində əbədi olaraq Kurt Pletnerin adı qalacaq. Müharibə illərində məhbuslar üzərində minlərlə təcrübə aparan nasist həkim idi: nəticədə məhbusların çoxu öldü.

Pletnerin ən məşhur təcrübələrindən biri malyariyanın müalicəsini tapmaq idi. Məhkumu malyariya ağcaqanadı dişləyir və Pletner komandası ona müxtəlif dərmanlar vuraraq - xəstənin dərmana verdiyi reaksiya araşdırılıb. Pletner malyariyanın müalicəsini tapmadı, ancaq etdiyi işlər dünya alimlərini bu hədəfə əhəmiyyətli dərəcədə yaxınlaşdırdı.

Hal-hazırda istifadə edilən nasistlərin digər bir kəşfi - plazmaferezdir (başqa sözlə, qan təmizlənməsi). İndi toksinləri qandan çıxarmaq üçün istifadə olunur. Bu prosedurdan - plazmaferezdən istifadə edən nasist həkimlər insan bədəninin dəyişkənliyini təyin etmək üçün əkizlərlə təcrübə aparırdılar (məsələn, gözlərinin və ya saçlarının rəngini dəyişdirə biləcəklərini düşünürdülər).

Elmdə nasistlərin autizmi araşdırmağa müvəffəq olduğu haqda versiya var. 2018-ci ilin iyun ayında New York Times autizmin nasistlərin kəşfi olub-olmadığını araşdıran material dərc etdi. Mətnin əsasını avstriyalı psixiatr Hans Aspergerin tərəfindən edilən araşdırma təşkil edirdi.

Asperger sadist üsullarda günahlandırıldı: müxtəlif mənbələr onun psixi pozğunluqları olan uşaqlar üzərində təcrübələr apardığını və bundan sonra xüsusi evlərə göndərildiyini iddia edirdi.