Çində son gündə COVID-19-dan cəmi 1 ölüm qeydə alındı


Dünya 31 Mar 2020 05:45:10 115 0

Çində son gündə COVID-19-dan cəmi 1 ölüm qeydə alındı

Son gün ərzində Çində koronavirusa 48 yeni yoluxma qeydə alınıb.

Son gün ərzində Çində koronavirusa 48 yeni yoluxma qeydə alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Komitənin məlumatına görə, ölkədə COVID-19 infeksiyasından cəmi bir nəfər ölüb, 282 pasiyent sağalıb.

Toplam olaraq Çində hazırda 771 infeksiyaya yoluxma aşkarlanıb, xəstələrdən 18-i ağır vəziyyətdədir.

Bildirilir ki, ölkədə virusa yoluxmuş 104 nəfər sağalıb.

Epidemiyanın mərkəzi Xubey əyalətində, həmçinin Uhanda bir gün ərzində virusa yoluxma hadisəsi aşkarlanmayıb, sağalmış 271 nəfər xəstəxanalardan evə buraxılıb.