DİQQƏT Piylənmədən daha TƏHLÜKƏLİDİR


Digərləri 30 Mar 2020 21:54:00 114 0

DİQQƏT  Piylənmədən daha TƏHLÜKƏLİDİR

Sevdiyiniz insanlara yaxın və bağlısınızsa, deməli, daha sağlamlısınız.

Yalnızlıq çox vaxt hər kəsin öz seçimidir. Bəzən bu emosional yetkinliyə işarədir: insan başa düşür ki, heç kim onun problemlərini həll edə bilməyəcək. Əsas odur ki, özünüzü dostlarınız və ailənizin dəstəyi ilə əhatə edin. Bu, sağlamlığınız üçün vacibdir.

Son.az xəbər verir ki, amerikalı alimlər təkliyin insanı piylənmədən daha sürətli öldürə biləcəyini sübut edib. Bu nəzəriyyəni sınamaq üçün mütəxəssislər təkliyin insan sağlamlığına təsiri ilə əlaqədar 218 araşdırma aparıb. Məlum oldu ki, təklik ölüm riskini 50%, piylənmə isə 30% artırır.

Tədqiqatın aparıcı müəllifi və psixologiya professoru Culianna Holt-Lunstad digər insanlarla sosial ünsiyyətin təməl insan ehtiyacı olduğunu düşünür. Tənha insanlarda yuxu pozğunluğu və anormal immun reaksiyalar daha çox olur.