İlyas Hüseynov: Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar cəzalandırılmalıdır


Digərləri 30 Mar 2020 17:10:00 152 0

İlyas Hüseynov: Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar cəzalandırılmalıdır

Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır.

Son.az bildirir ki, bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, dünyanın əsas və aparıcı televiziya kanallarına nəzər saldıqda "Evdə qal" həştəqinə ekranın hər hansı bir küncündə rast gəlmək olar:

"Bəs evdə qalmaq niyə bu qədər vacibdir? Çünki evdə qalmaqla insanlar özlərini, ailə üzvlərini qorumaqla yanaşı, həm özləri infeksiyaya yoluxmur, həm də digərləri üçün təhlükə yaratmırlar.

İnfeksiya yaşı 65-dən yuxarı olan şəxslər üçün daha çox təhlükəli olduğuna, onların həyatına ciddi risk yaratdığına görə, həmin kateqoriyaya aid olan şəxslər qaydalara birmənalı şəkildə əməl etməli və evdən çölə çıxmamalıdırlar".

İ.Hüseynov əlavə edib ki, bu virusa yalnız evdə qalmaqla qalib gəlməyin mümkün olduğunu vətəndaşlarımız unutmamalıdırlar. Vətəndaşlarımız özləri sosial şəbəkələr vasitəsilə evdə qalmağın mühüm əhəmiyyətini təbliğ etməli, qohumlarını, qonşularını, tanıdıqları hər bir şəxsi xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırmalıdırlar. Bununla hər bir şəxs bu ciddi problemin öhdəsindən gələ biləcək".

Politoloq hesab edir ki, hər bir şəxs məsuliyyətlə davranmalı, qəbul edilmiş qaydaları pozmamalıdır. Tətbiq olunmuş qadağalar yoluxma hallarını məhdudlaşdırmaq məqsədi daşıyır: