Gürcüstan MSK: Heç bir kiber insident qeydə alınmayıb


Dünya 30 Mar 2020 16:42:21 116 0

Gürcüstan MSK: Heç bir kiber insident qeydə alınmayıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin şəxsi məlumatlarının&hakerlərin əlinə keçməsi barədə yayılan məlumatları həqiqətə uyğun olmayan&adlandırıb.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) seçicilərin şəxsi məlumatlarınınhakerlərin əlinə keçməsi barədə yayılan məlumatları təkzib edib.

“Report”un yerli bürosu xəbər verir ki, qurumdan dərc olunan məlumatların rəsmiməlumatlardan köklü şəkildə fərqləndiyi bildirilib.

Qeyd olunub ki, komissiyanın rəsmi saytlarında heç bir kiber insidentqeydə alınmayıb: “MSK-nın rəsmi bazasında 3,5 milyon nəfər seçici var. Bazayaseçicilərin telefon nömrələri, həmçinin vəfat edən vətəndaşlar barədə dəməlumatlar daxil edilməyib”.

Qeyd edək ki, zdnet.com saytı Gürcüstanın 4,9 milyondan çox seçicisinin şəxsiməlumatlarının haker forumunda yerləşdirilməsi barədə informasiya yayıb.