Mais Səfərli: Koronavirusla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışına əməl etməkdir


Digərləri 30 Mar 2020 15:27:00 167 0

Mais Səfərli: Koronavirusla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışına əməl etməkdir

Koronavirusla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışına əməl etməkdir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə koronavirusla mübarizədə Prezident İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar əsasında görülən çevik, operativ və qabaqlayıcı tədbirlərin, profilaktik təbliğat, maarifləndirmə işinin ciddi nəticələri göz qabağındadır. Məhz bu cür effektiv və səmərəli fəaliyyətin nəticəsində ölkəmizdə pandemik şərait müşahidə olunmur:

"Səhiyyəmizin imkanları sürətlə genişləndirilir, xəstə çarpayılarının sayı durmadan artırılır. Bu günlərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışında iştirak etdikləri 550 yerlik müasir tibb ocağı fəaliyyətə koronavirusa yoluxmuş pasiyentlərin müalicəsindən başlayıb. Karantinə alınmış vətəndaşlarımız bu gün hər cür dövlət qayğısı ilə əhatə olunub. Onların əksəriyyəti lüks hotellərdə yerləşdirilib, dövlət hesabına qida və digər vasitələrlə təmin ediliblər. Bir sözlə, dövlətimiz bu ağır gündə hər bir vətəndaşın yanındadır, hər şey dövlət başçısının nəzarətindədir".

M.Səfərli qeyd edib ki, bütün bunlarla yanaşı, virusa yoluxanların statistikası bizi narahat etməyə bilməz: