Son sutkada İspaniyada 812 nəfər koronavirusdan öldü


Dünya 30 Mar 2020 14:02:28 116 0

Son sutkada İspaniyada 812 nəfər koronavirusdan öldü

Koronavirus İspaniyada 7 000-dən çox insanın həyatına son qoyub

İspaniyada son 24 saatda daha 812 nəfər koronavirusun qurbanı olub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bununla daölkədə virusdan ölənlərin sayı 7 340 nəfərə çatıb.

Məlumata görə, virus daşıyıcılarının rəsmi sayı da 75 195-ə yüksəlib.

Qeyd edək ki, İspaniyada koronavirusa ilk yoluxma faktı yanvarın 30-da qeydə alınıb.