Koronaya qarşı bu dərmandan istifadə edildi


Digərləri 30 Mar 2020 13:12:00 109 0

Koronaya qarşı bu dərmandan istifadə edildi

İranın Xuzistan vilayətinin Əhvaz şəhərində koronavirusa qarşı bitki tərkibli dərman sınaqdan keçirilib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə danışan iranlı həkim Mənsur Əmin bitkidən alınan flavonoidlə hazırlanan dərmanın bu günə qədər 10 xəstə üzərində test edildiyini bildirib.

O qeyd edib ki, 5 koronavirus xəstəsinə dərman müsbət təsir edib.

Əmin İran Səhiyyə Nazirliyinin təsdiqindən sonra digər xəstələrin də müalicəsi üçün sözügedən dərmandan istifadənin mümkün olacağını vurğulayıb.