Koronavirusun simptomları və xəstəliyin ağırlığı yoluxan şəxsin immunitet sistemindən asılıdır


Dünya 30 Mar 2020 11:54:00 117 0

Koronavirusun simptomları və xəstəliyin ağırlığı yoluxan şəxsin immunitet sistemindən asılıdır

Alimlər koronavirusun mutasiya dərəcəsini araşdırıblar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, onlar koronavirusun qrip virusu ilə müqayisədə, 8-10 dəfə daha gec mutasiyaya uğradığı qənaətinə gəliblər.

Bu da virusa qarşı bir sıra ölkələrdə hazırlanan peyvəndin insanları uzun illər COVID-19-dan qorumasına imkan yaradacaq.

Mütəxəssislər müəyyən ediblər ki, koronavirusun simptomları və xəstəliyin ağırlığı yoluxan şəxsin immunitet sistemindən asılıdır.