Çində sərnişin qatarı relsdən çıxaraq aşıb


Dünya 30 Mar 2020 11:12:00 64 0

Çində sərnişin qatarı relsdən çıxaraq aşıb

Çinin mərkəzi hissəsində yerləşən Xunan əyalətində Tszinan şəhərindən Quançjouya gedən sərnişin qatarı relsdən çıxıb.

Son.az Trend-ə istinadən bildirir ki, qatarın bir neçə vaqonu aşıb.

Qəza yerində daha sonra yanğın başlayıb. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.