Gürcüstanda koronavirusa yoluxanların sayı 97-yə çatdı


Dünya 30 Mar 2020 10:38:29 109 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 97-yə çatdı

Qeyd olunub ki, karantində 4 876, stasionar nəzarətdə isə 264 nəfər saxlanılır

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə,təsdiqlənən koronavirusa yoluxma halları 97-yə çatıb.

Qeyd olunub ki, karantində 4 876, stasionar nəzarətdə isə 264 nəfər saxlanılır.

COVID-19 infeksiyasından sağalanların sayı 18 nəfər təşkil edir.

Hazırda aktiv koronavirus xəstələrinin sayı 79 nəfərdir.