Kanadada 800dən çox koronavirusa yoluxma halları aşkar edilib


Dünya 30 Mar 2020 08:59:00 83 0

Kanadada 800dən çox koronavirusa yoluxma halları aşkar edilib

Kanadada 24 saat ərzində yeni koronavirusa yoluxanların sayı 5425 nəfərdən 6258 nəfərə qədər artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Yoluxma halları Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb. Nunavutun yalnız Arktika ərazisində virus yayılmayıb. Xəstəliyin ən sürətli yayılması Ontario vilayətində qeydə alınıb, burada son 24 saat ərzində yoluxanların sayı 360 nəfərdən çox artaraq 1,355-ə çatıb.

Kvebekdə (2840) və Britaniya Kolumbiyasında (884) əhəmiyyətli dərəcədə koronavirus daşıyıcısı müəyyən edilmişdir.