Koronavirus xəstəsinin sevgilisinə yazdığı SON MESAJ


Dünya 29 Mar 2020 20:09:00 120 0

Koronavirus xəstəsinin sevgilisinə yazdığı SON MESAJ

Uelsdə koronavirusdan dünyasını dəyişən ingilis, son mesajında sevgilisinə tezliklə görüşəcəklərinə söz verib.

Son.az xəbər verir ki, 47 yaşlı kişi xəstəliyin ilk əlamətlərini hiss etdikdən sonra evdə, özünü təcrid etmək qərarına gəlib.Bu zaman ərzində o, sevgilisi ilə görüşməyib. Sevgilisi onu həkimə müraciət etməyə razı sala bilməyib. O, həkimlərin daha vacib işləri olduğunu bildirərək bundan imtina edib.

Bazar ertəsi günü sevgilisi, onun karantində olduğu üçün uzun müddət görüşə bilməyəcəklərindən çox məyus olduğunu yazıb.

Kişi isə ona "Ağılsız olma, tezliklə görüşəcəyik",- deyə bildirib. Lakin koronavirus xəstəsinin vəziyyəti getdikcə pisləşdiyi üçün onların görüşü baş tutmayıb.