Rusiyada daha bir nəfər koronavirusdan öldü


Dünya 29 Mar 2020 19:59:00 132 0

Rusiyada daha bir nəfər koronavirusdan öldü

Rusiyanın Pskov vilayətində koronavirus xəstəsi dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla da Rusiyada virusdan ölənlərin sayı 9-a çatıb.

Ölən şəxsdə ağır formada ağciyər patologiyası olub. O, Covid-19-a yoluxmuş şəxslə təmasdan sonra xəstəliyə tutulub.

Qeyd edək ki, 9 ölüm faktından 6-sı Moskvada, 1-i Sankt-Peterburqda, 1-i isə Orenburqda qeydə alınıb.