Polşada prezident seçkiləri koronavirusa görə təxirə salına bilər


Dünya 29 Mar 2020 17:44:00 116 0

Polşada prezident seçkiləri koronavirusa görə təxirə salına bilər

Polşa prezidenti Ancey Duda etiraf edib ki, koronavirus epidemiyası ilə əlaqədar may ayına təyin olunan prezident seçkiləri təxirə salına bilər.

Son.az APA-ya istinadən bildirir ki, Polşada prezident seçkilərinin birinci turu mayın 10-a təyin olunub. 

Müxalifətin etirazlarına baxmayaraq, hökumət seçkiləri keçirməkdə israrlıdır. 

"Seçkilərin vaxtı təyin edilib və bizdən heç kəs bu il mayın 10-da, yəni ay yarım sonra nə baş verəcəyini dəqiq bilmir", - Duda Polşa televiziyasının efirində deyib.