Moskvada koronavirusa yoluxanların 40%-i gənc və orta yaşlı insanlardır


Dünya 29 Mar 2020 15:59:08 116 0

Moskvada koronavirusa yoluxanların 40%-i gənc və orta yaşlı insanlardır

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusa yoluxanlarla bağlı statistik məlumatlar açıqlanıb.

Rusiyanın paytaxtı Moskva şəhərindəkoronavirusa yoluxanlarla bağlıstatistik məlumatlar açıqlanıb.

“Report” xəbər verir ki, bunu Moskvanın operativ qərargahı açıqlayıb.

Məlumata görə, qeydə alınan koronavirus daşıyıcılarının, demək olar ki, 40%-i yaşı 40-dan aşağı olan şəxslərdir. Yaşı 60-dək olanlar isə yoluxanların 64%-ni təşkil edirlər.

Moskvada yaşı 35-64 arası olan virus daşıyıcıları ümumi yoluxanların 46%-ni, yaşı 18-34 arası olanlar isə 33,5%-ni əhatə edir.

Yaşı 65 və daha yuxarı olan insanlar ümumi yoluxanların sayında 15%, uşaqlar isə 5,5% təşkil edir.

Qeyd edək ki, bu gün Moskva meri Sergey Sobyanin paytaxtda 1 000-dən çox virus daşıyıcısının olduğunu açıqlayıb.