"Hazırda koronavirus xəstələri ən həssas təbəqədir, onların müalicəsi, lazımi tibbi xidmətin göstərilməsi ən ümdə məsələdir"


Digərləri 29 Mar 2020 15:14:00 134 0

"Hazırda koronavirus xəstələri ən həssas təbəqədir, onların müalicəsi, lazımi tibbi xidmətin göstərilməsi ən ümdə məsələdir"

Hazırda koronavirus xəstələri ən həssas təbəqədir, onların müalicəsi, lazımi tibbi xidmətin göstərilməsi ən ümdə məsələdir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycan həkimləri əsl peşəkarlıq, iradə nümayiş etdirir, bu çətin problemin öhdəsindən gəlmək üçün var qüvvələri ilə çalışır, öz bilik və təcrübələrini əsirgəmirlər:

"Bu gün və sabah xalqımızın sağlamlığı, təhlükəsizliyi həm də həkimlərimizin əməyindən birbaşa asılıdır desək, yanılmarıq. Azərbaycan dövləti həkimlərin əməyini yüksək qiymətləndirir, onların məhsuldar və səmərəli fəaliyyətini təmin etmək üçün bütün mümkün işləri görür".

Politoloq əlavə edib ki, bu gün koronavirus xəstələrini müalicə edən, onlara qulluq edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq addımlar atılır:

"Qeyd edilməlidir ki, Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülüb. Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Bu gün tam əminliklə söyləmək olar ki, əgər ölkəmizdə vaxtında müasir səhiyyə infrastrukturu formalaşdırılmasaydı, koronavirus xəstəliyinə qarşı mübarizə aparmaq mümkün olmazdı. Son illərdə Azərbaycanda həkimlərin peşəkarlığı ciddi dərəcədə artıb. Bu gün həkimlərimiz ən çətin əməliyyatları aparır, insanları həyata qaytarırlar. Həkimlərin əsas motivasiyası öz vəzifə borcunu layiqincə yerinə yetirmək və Hippokrat andına sadiqlik göstərməkdir. Bu gün Azərbaycan həkimləri xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərir, onların qulluğunda dururlar.