"Koronavirusa görə yeni qadağalar qüvvəyə minə bilər"


Digərləri 29 Mar 2020 15:19:01 119 0

"Koronavirusa görə yeni qadağalar qüvvəyə minə bilər"

Doğrudur, hava-damcı infeksiayalarının qarşısını almaq çox çətindir. Amma Azərbaycanda hökumət tərəfindən həyata keçirlən tədbirlər sayəsində biz bu virusa qarşı dayana biləcəyik.

Son.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin Azərbaycanda tam olaraq aradan qalxacağı zamanla bağlı proqnozunu bölüşərkən bildirib.

O qeyd edib ki, bu dayanıqlılıq indiki məqamda vətəndaşlardan asılıdır:

"Dövlət kompleks tədbirlər görür, kifayət qədər vəsait ayrılıb. Amma bəzi vətəndaşlar karantin rejiminə əməl etmirlər. Bu virusa barmaqarası baxmaq düzgün deyil. Başa düşmək lazımdır ki, bu, öyrənilməmiş və yeni virusdur".

Baş infeksionist havaların isinməsilə koronavirusun tamamilə aradan qalxacağı ilə bağlı fikirlərlə razılaşmayıb:

"Havaların isinməsinin müəyyən qədər köməyi olacaq, amma virus artıq insanlar arasında dövr edirsə, yayılma hələ bir müddət davam edəcək. Hər bir insan həyatı hər birimiz üçün dəyəlidir. Amma insanların bu məsələdə həmrəyliyi çox vacibdir.